Kürdəmirdə avtomobil 20 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirdə avtomobil 20 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB Kürdəmirin Muğanlı kəndindən piyadanın ölümlü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 May , 2023 01:11
Kürdəmirdə avtomobil 20 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirin Muğanlı kəndində yol-nəqliyyat hadisəsində ölən piyadanın kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, rayonun Yeni qəsəbə sakini, 2003-cü il təvəllüdlü Rzayev Elmir Vidadi oğludur.

Qeyd edək ki, E.Rzayev yolu keçərkən “Reno” markalı avtomobil onu vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

23:06

Kürdəmirin Muğanlı kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Reno” markalı avtomobil yolu keçən rayon sakinini vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi