Kürdəmirdə avtomobil aşıb, şəhidin həyat yoldaşı ölüb

Kürdəmirdə avtomobil aşıb, şəhidin həyat yoldaşı ölüb Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Oktyabr , 2021 16:54
Kürdəmirdə avtomobil aşıb, şəhidin həyat yoldaşı ölüb
Günel Ələsgərova
0 : 00
0 : 00

Kürdəmir rayonunda yol qəzasında ölənlərdən biri Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli, mayor Rəhim Hüseynovun həyat yoldaşıdır.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, 35 yaşlı Günel Ələsgərovadır.

O, Bakıdan rayona anım mərasiminə gedirmiş.

16.25

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi