Kürdəmirdə aptekə dərman almağa gələn kişi qəfildən ölüb
Hadisə
- 21 mart, 2023
- 08:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən apteklərdən birində qeydə alınıb.
Belə ki, rayonun Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Baxşıyev İlqar Əli oğlu aptekdən dərman almaq istəyərkən anidən halı pisləşib.
Ətrafdakı insanlar onu dərhal xəstəxanaya aparmaq istəyiblər. Məlum olub ki, İ.Baxşıyev vəfat edib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Hazırda fakt araşdırılır.
Son xəbərlər
08:15
Foto
Həftənin ilk günü paytaxtın bir sıra yollarında sıxlıq yaranıb
İnfrastruktur08:04
ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr07:45
Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
Hadisə07:25
Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:59
"Bloomberg": Makronun dövründə Fransa Aİ-nin "ən zəif bəndi"nə çevrilib
Digər ölkələr06:26
"The Times": Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır
Digər ölkələr05:58
Braziliyada ABŞ-nin prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı araşdırmaya başlanılıb
Digər ölkələr05:09
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Digər ölkələr04:57