Kürdəmirdə 35 yaşlı kişi bıçaqlanıb

Kürdəmirdə 35 yaşlı kişi bıçaqlanıb Kürdəmirda bıçaqlanma hadisəsi olub.
Hadisə
13 Dekabr , 2021 23:32
Kürdəmirdə 35 yaşlı kişi bıçaqlanıb
0 : 00
0 : 00

Kürdəmirda bıçaqlanma hadisəsi olub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Təklə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğlu bir neçə bıçaq xəsarəti alıb. M.Şıxəliyev ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Ona qardaşı, 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu tərəfindən mübahisə zəminində bıçaq xəsarəti yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi