Kürdəmirdə 28 yaşlı qadın intihar edib - YENİLƏNİB
- 25 mart, 2019
- 08:04
Kürdəmir rayonunda özünü asaraq intihar edən gənc qadının şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun pirili kənd sakini, 1991-ci il təvəllüdlü Səfərova Gülnarə Əliyar qızı özünü asaraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
*** 10:48
Kürdəmir rayonunda gənc qadın intihar edib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan gənc qadın özünü yaşadığı evdə asraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.