Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib

Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Hadisə
30 May , 2022 19:45
Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmişova Aidə Kaman qızı özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi