Kürdəmir rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakini, əvvəllər məhkum olunmuş Nəhmədov Balaş Mehdi oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları Balaş Nəhmədovun yaşadığı evə baxış keçirib və ordan 77 ədəd ümumi çəkisi 15 kq olan narkotik vasitə olan çətənə bitkisi aşkar olunaraq götürülüb. B.Nəhmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.