Kürdə batan Şəmkir sakininin meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 04 iyul, 2018
  • 05:51
Kürdə batan Şəmkir sakininin meyiti tapılıb - YENİLƏNİB

Bakı. 4 iyul. REPORT.AZ/ Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb. 

"Report" xəbər verir ki, məlumatı FHN-nin saytı yayıb. 

E.İsgəndərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 


*** 08:49

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun batdığı ehtimal olunur.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.