Şirvanda Kür çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Şirvanda Kür çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB Ağamurad Bayramovun cansız bədəni adiyyəti üzrə təhvil verilib
Hadisə
3 Avqust , 2017 19:27
Şirvanda Kür çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Şirvan. 3 avqust. REPORT.AZ/ Şirvan şəhərində çayda batan yeniyetmənin meyiti tapılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, 17 yaşlı Ağamurad Hidayət oğlu Bayramovun cansız bədəni FHN-in dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 17:03

Şirvan. 3 avqust. REPORT.AZ/ Kür çayında 17 yaşlı yeniyetmə boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sabirabadla Şirvan şəhərini birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb. Burada Şirvan şəhər sakini, 17 yaşlı Ağamurad Hidayət oğlu Bayramov çayda çimərkən suda bataraq boğulub. Hadisə yerinə dalğıc-xilasedicilər cəlb edilib. Çayda meyitin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi