Kriştianu Ronaldu "Yuventus"da məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıb - FOTO

Hadisə
  • 05 sentyabr, 2018
  • 21:26
Kriştianu Ronaldu Yuventusda məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıb - FOTO

Bakı. 6 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu son məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıb.

"Report" xəbər verir ki, bu zədənin A Seriyasının III turunda "Parma" ilə görüş zamanı portuqaliyalı hücumçunun sifətinə dəyən zərbəyə görə baş verdiyi güman olunur. 

Komandası həmin qarşılaşmada 2:1 hesabı ilə qalib gəlsə də, Ronaldu yenə qol vura bilməyib. Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş onu Xorvatiya ilə bu gün keçiriləcək yoldaşlıq görüşünə və İtaliya ilə sentyabrın 10-da baş tutacaq Millətlər Liqasının oyununa çağırmayıb. Hazırda 33 yaşlı forvard "Yuventus"da milli komandaların düşərgəsinə yollanmayan futbolçularla birgə məşqlərə qatılır.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a iyulda İspaniya "Real Madrid"indən keçib.