Yuxarı
    Bağlamaq

    Krasnoyarsk vilayətində azərbaycanlı borc səbəbindən öldürülüb

    İstintaq orqanları tərəfindən Tıva Respublikasının 22 yaşlı sakini barəsində cinayət işi açılıb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətində azərbaycanlı borc səbəbindən öldürülüb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaqın ilkin ehtimallarına görə, Azərbaycanda anadan olmuş 46 yaşlı fərdi sahibkar Şuşenskoye qəsəbəsində bir evə gələrək, ev sahibəsindən 40 min rubl həcmində borcunu almaq istəyib. Lakin qadın sanatoriyaya istirahətə getdiyindən evdə olmayıb.  Öz üç üşağını isə Tıva Respublikasından gələn qohumları - qardaşı və əmisi oğlunun yanında qoyub. 

    Zərərçəkən borcu qaytarmağı və ya girov qismində maşının açarlarını verməyi tələb etdikdə, onların arasında mübahisə düşüb. Tıva Respublikasının 22 yaşlı sakini bıçağa əl atıb və sahibkarın ürəyindən vurub.

     Hadisə, öldürülən şəxsin qohumlarının onun itməsi barədə elan verdiklərindən sonra  məlum olub. İstintaq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı şəxs barəsində cinayət işi açılıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi