Komitə sədri: "Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması halları müşahidə edilir"

Komitə sədri: "Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması halları müşahidə edilir" "Əkinə yararlı torpaqların zəbt olunması ilə bağlı 6 min manata yaxın cərimə tətbiq olunub"
Hadisə
10 Dekabr , 2014 15:51
Komitə sədri: Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması halları müşahidə edilir

Bakı. 10 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması halları müşahidə edilir". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir rayonda xeyli sayda belə hallar var. Bu il ərzində əkinə yararlı torpaqların zəbt olunması ilə bağlı 6 min manata yaxın cərimə tətbiq olunub: “Əkinə yararlı və ehtiyatda olan torpaqların meydana çıxarılması haqqında tapşırıqlar verilib, sərəncamlar imzalanıb. 2008-ci ildən inkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyi böhranı hökm sürür. Prezident tərəfindən həyata keçirilən siyasət nəticəsində bu böhran Azərbaycandan yan keçib. Ona görə çalışırıq ki, əkinə yararlı torpaqlar yalnız əkin üçün istifadə olunsun. Hər rayonda bu problemə rast gəlinib. Bununla bağlı konkret say demək çox çətindir".

Son xəbərlər

Orphus sistemi