Yuxarı

Komidə həmvətəni tərəfindən öldürülən azərbaycanlı vətənində basdırılacaq

Onun qətlində şübhəli bilinən Şahin Əliyevin həyatını xilas etmək mümkün olub

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyalı həkimlər bir neçə saat davam edən əməliyyatdan sonra həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı gizir Şahin Əliyevin həyatını xilas edə bilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Rusiyanın Komi Respublikasının Mikun şəhərində yerləşən islah-əmək müəssisəsində gizir Şahin Əliyev həmkarı Xalid Həsənova atəş açmışdı. Sonuncu yerindəcə ölmüş, Ş.Əliyev isə bu hadisədən sonra intihara cəhd etmişdi.

Dünənki əməliyyatların ardından Ş.Əlievin vəziyyəti ağırdır, amma yerli həkimlər onun həyatını xilas edə bilib.

Öz növbəsində, "Azərbaycan" regional-ictimai təşkilatının Komidəki rəhbəri Akif Mikayılov xəbər verib ki, çox güman Xalid Həsənov vətəni Azərbaycanda dəfn ediləcək.

Fakt üzrə istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi