Klinika “Şahdağ” futbol klubunu məhkəməyə verib
Hadisə
- 01 sentyabr, 2016
- 09:57
Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən “OKİ” özəl klinikası “Şahdağ” Futbol Klubu MMC-ni məhkəməyə verib.
“Report”un məlumatına görə, klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan futbol klubu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə “Şahdağ” klubunun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
“Şahdağ” klubunun prezidenti Ərəstun Niftəliyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Amma klub rəhbəri borcun nə qədər olduğunu açıqlamayıb.
Qeyd edək ki, “Şahdağ” Futbol Klubu hazırda Azərbaycan futbol çempionatının I divizionunda çıxış edir.
Son xəbərlər
18:02
Nazirlik rəsmisi: "Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub"
Fərdi17:58
Foto
TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Sağlamlıq17:57
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib
Futbol17:50
Avropa aviaşirkətinə məxsus təyyarə 35 ildə ilk dəfə Bağdada eniş edib
Digər ölkələr17:46
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-ə yaxın artırıb
Biznes17:41
Eldar Əzizov: "Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub"
Fərdi17:40
Foto
Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib
Hadisə17:39
Almaniya Ukraynaya "Patriot" və "IRIS-T" HHM-in növbəti partiyasını verib
Digər ölkələr17:39
Foto