Yuxarı
    Bağlamaq

    ​Kiyevdə 60 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

    Qətlin mərhumun cinayət keçmişi ilə əlaqədar ola biləcəyi istisna edilmir

    Bakı. 22 mart. REPORT.AZ/ Kiyev polisi Obolonski rayonunda yerləşən mənzillərdən birində 60 yaşlı Azərbaycan vətəndaşının meyitini aşkar edib.

    "Report" xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.

    Məlumata görə, martın 21-də polisə Azərbaycan vətəndaşı müraciət edərək Qeroyev Stalinqrada prospektində yerləşən mənzildə dost münasibətində olduğu 60 yaşlı həmyerlisini ölmüş vəziyyətdə aşkar etdiyini xəbər verib.

    Meyit giriş qapısından bir metr aralıda olub. Onun qarın boşluğunda ilkin olaraq bıçaq zərbəsi nəticəsində əmələ gəlmiş böyük yara aşkar edilib.

    Şahidlərin sözlərinə görə, kişi qətlə yetirilən günü onlar iki şübhəli şəxs görüblər.

    Həmçinin bildirilir ki, mərhum əvvəllər cinayət məsuliyyətinə cəlb olunub. Qətlin zərərçəkənin cinayət keçmişi ilə əlaqədar ola biləcəyi istisna edilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi