Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib
Hadisə
15 Dekabr , 2018 13:51
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Bakı. 15 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Vaqif KərimovElçin Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi V.Kərimov və E.Yusifov külli miqdarda mənimsəmədə, səhlənkarlıq və vəzifə saxtakarlığında təqsirli bilinirlər.

Belə ki, onlar idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Hər iki şəxsə qarşı qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi