Yuxarı
    Bağlamaq

    Kəmaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır" - VİDEO

    Dinlə
    © Report

    Gəncə. 20 noyabr. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib.

    "Report"un Qərb bürosunun məlumatına görə, vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib. 

    K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb: "Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi