Kəlbəcərdə yük maşını aşıb, ölən var

Kəlbəcərdə yük maşını aşıb, ölən var Kəlbəcər rayon Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.
Hadisə
17 Mart , 2024 14:33
Kəlbəcərdə yük maşını aşıb, ölən var

Kəlbəcər rayonunun Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi