Kefli İsgəndər əslində kim olub? - VİDEOREPORTAJ

Kefli İsgəndər əslində kim olub? - VİDEOREPORTAJ Cəlil Məmmədquluzadənin məşhur Ölülər əsərinin əsas qəhrəmanı olan Kefli İsgəndərdən danışacağıq.
Hadisə
16 Mart , 2020 18:28
Kefli İsgəndər əslində kim olub? - VİDEOREPORTAJ

Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhrəmanı olan Kefli İsgəndərdən danışacağıq.

Filmdə hər kəsin sevə-sevə baxdığı İsgəndər əslində kim olub? Mirzə Cəlil nə üçün onu Kefli adlandırıb?

“Report”un Qarabağ Mərkəzinin əməkdaşları İsgəndərin yaşadığı Ağcabədi rayonunun Hüsülü kəndində olub, kənd sakinlərinin bu barədə fikirlərini öyrəniblər.

Məlumata görə, əsərin əsas qəhrəmanı İsgəndər Ağcabədi rayonunda doğulub və Hüsülü kəndində yaşayıb. Cəlil Məmmədquluzadə əsərində İsgəndər haqqında yazmağı da təsadüfi deyil. O dövrdə Mirzə Cəlil Kəhrizli kəndində yaşayıb. İsgəndərin Cəlil Məmmədquluzadə ilə qohumluq əlaqəsi də olub. Onun həyat yoldaşı Həmidə xanım İsgəndərin həyat yoldaşı Bahar xanımla qohum olub. Bu səbəbdən də Cəlil Məmmədquluzadə tez-tez Hüsülü kəndində olub. Ona "Kefli" ləqəbinin verilməsinin isə maraqlı tarixçəsi var. Dövrünün ali təhsilli ziyalılarından olan İsgəndər əslində "Ölülər" əsərində kefli kimi qələmə alınıb. Real həyata isə İsgəndər dövrünün Avropada təhsil alan nadir şəxslərindən olub. Hüsülü kəndinin ağsaqqaları deyir ki, bəy nəslinin nümayəndəsi olan İsgəndər həmişə sadə insanların əməyinə qiymət verib, hamıya düzgün yol göstərib. İnsanlara qarşı haqsızlıq edənlərin ifşasına çalışıb. Onun bu xüsusiyyətlərini qəbul etməyənlər isə İsgəndəri gözdən salmaq üçün ona "kefli" ləqəbini veriblər.

Sakinlər deyir ki, İsgəndərin ailəsi sonralar xarici ölkələrdən birinə köçüb. Hazırda da İsgəndərin övladları xaricdə yaşayırlar. Hüsülü kəndində uzaq qohumları yaşayır. Onlar da xaricdə yaşayırlar, mövsümü olaraq isə Hüsülü kəndinə gəlirlər. İsgəndər Hüsülü kəndində dəfn olunub. Onun atası Hacı Həsənin də məzarı həmin kəndin qəbiristanlığındadır. 

Son xəbərlər

Orphus sistemi