Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs dindirilib

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs dindirilib Məhkəmədə fasilə elan olunub
Hadisə
26 Dekabr , 2017 14:18
Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs dindirilib
General Natavan Mirvətova / Report

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Natiq Alıyev Kamal Seyfullayev epizodu üzrə dindirilib.

O, ittihamları qəbul etməyib.

Məhkəmədə fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi