Karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib 

Karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib  Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Hadisə
17 İyul , 2020 17:50
Karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib 

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, istər nəqliyyat vasitəsilə, istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır. Həmçinin sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin  qaydaları və tələbləri onların diqqətinə çatdırılır.

Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.

Son xəbərlər

Orphus sistemi