"İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir".
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nazirlik hazırda ölkənin digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qaytarılmalarına icazə verilməsi məsələsinə də aydınlıq gətirib: "Respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər".
Xüsusi karantin rejimi dövründə ev heyvanlarını gəzdirmək üçün icazənin necə alınmasına gəlincə, DİN-dən bildirilib ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.