"Kanal 13"ün direktorunun məhkəməsinin başlayacağı tarix açıqlanıb

"Kanal 13"ün direktorunun məhkəməsinin başlayacağı tarix açıqlanıb İş hakimi Mirzə Xankişiyevin icraatına verilib
Hadisə
19 Sentyabr , 2017 13:36
Kanal 13ün direktorunun məhkəməsinin başlayacağı tarix açıqlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmənin hakiminin adı açıqlanıb.

Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası isə sentyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi