Kamran Əliyev: "Korrupsiya cinayətlərinə görə müəyyənləşdirilən 51 milyon manatdan çox maddi ziyanın 16 milyon 578 min manatı ödənilib"

Hadisə
  • 25 iyul, 2018
  • 06:02
Kamran Əliyev: Korrupsiya cinayətlərinə görə müəyyənləşdirilən 51 milyon manatdan çox maddi ziyanın 16 milyon 578 min manatı ödənilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev
Report/ Elchin Murad

Bakı. 25 iyul. REPORT.AZ/ "2018-ci ilin I yarımili ərzində korrupsiya cinayətlərinə görə məhkəmələrə göndərilən cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyan qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qeydə alınan ziyanın ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib: "Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".

44 filmi