Bakı. 23 noyabr. REPORT.AZ/ Jurnalist Natiq Qədimov dünyasını dəyişib.
"Report" xəbər verir ki, onun infarktdan vəfat etdiyi bildirilir.
N.Qədimovun 41 yaşı vardı.
Qeyd edək ki, o, uzun illər "ANS" telekanalında çalışıb. Son illərdə isə APA TV-də işləyib.
"Report" İnformasiya Agentliyinin kollektivi həmkarımız N.Qədimovun vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, yaxınlarına və APA TV-nin kollektivinə dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!



