İsmayıllı rayonunda gənc oğlan dəm qazından boğularaq ölüb.
“Report”un xəbərinə görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, S.Hüseynov yanvar ayının əvvəlində hərbi xidmətini başa vuraraq evə qayıtmışdı.
Hüseynov Süleyman