İmişlidə "Shacman" aşıb, xəsarət alan var

İmişlidə "Shacman" aşıb, xəsarət alan var İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə
12 Yanvar , 2022 22:28
İmişlidə Shacman aşıb, xəsarət alan var
0 : 00
0 : 00

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shacman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi