İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var

İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
10 Sentyabr , 2021 22:28
İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Z.Əliyeva küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində İmişli şəhər sakini, 1973-cü il təvəllüdlü İbrahimov Davud Rahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi