İmişlidə qadın qətlə yetirilib, əri özünü bıçaqlayıb - YENİLƏNİB

İmişlidə qadın qətlə yetirilib, əri özünü bıçaqlayıb - YENİLƏNİB İmişlidə qətl hadisəsi baş verib.
Hadisə
18 İyun , 2022 10:28
İmişlidə qadın qətlə yetirilib, əri özünü bıçaqlayıb - YENİLƏNİB

İmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

"Report"a daxil olan məlumatda deyilir: 

"İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

08.45

İmişli rayonunda qadın qətlə yetirilib, əri özünü bıçaqlayıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yalavac kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. Daha sonra M.Əhmədov bıçaqla özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi