İmişlidə baş verən qəzada bir nəfər ölüb

İmişlidə baş verən qəzada bir nəfər ölüb İmişlidə 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
179
11 Sentyabr , 2021 21:45
İmişlidə baş verən qəzada bir nəfər ölüb
Foto: Report.az

İmişlidə 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli şəhər sakini, 1971-ci il təvəllüdlü İsmayılov Müşfiq Museyib oğlu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Yüngül xəsarət alan qızı isə ilk tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi