İmişlidə avtomobil aşıb, ölən var

İmişlidə avtomobil aşıb, ölən var İmişli rayonunda avtomobil aşıb, ölən var.
Hadisə
23 May , 2022 10:48
İmişlidə avtomobil aşıb, ölən var

İmişli rayonunda avtomobil aşıb, ölən var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də saat 19 radələrində rayonun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi