İki qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

İki qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Xızıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Avqust , 2020 18:43
İki qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Xızıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Mirzə Xankişiyevin icraatındadır.

Qeyd edək ki, hadisə ötən il noyabrın 17-i axşam saat 21 radələrində Bakı-Quba yolunun 79-cu km-də - Xızının Giləzi qəsəbəsi ərazisində baş verib. 

Xızının Giləzi qəsəbə sakini, 40 yaşlı Rəhim Rəhimovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Xaçmazın Çiləgir kənd sakini, 28 yaşlı Hümbət Şayəddin oğlu Savalanovun idarə etdiyi "VAZ-21014" markalı avtomaşın toqquşub. 

Nəticədə "Jiquli"nin sərnişinləri - sürücünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və onunla eyni yaşda olan iş yoldaşı Oksana Gülağa qızı Əliyeva Siyəzən rayon Regional Müalicə Dioqnostika Mərkəzində dünyasını dəyişiblər. 

R.Rəhimova Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
 

Son xəbərlər

Orphus sistemi