Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb

Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
Hadisə
5 İyun , 2024 18:12
Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb

Paytaxtın Nəsimi rayonunda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi