İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar

İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar Azərbaycanlılar İstanbuldan Kiyevin "Borispol" hava limanı vasitəsilə Xarkova gedirmişlər
Hadisə
10 Mart , 2017 16:51
İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar

Bakı. 10 mart. REPORT.AZ/ Kiyevdə gömrük işçiləri iki Azərbaycan vətəndaşının qanunsuz yolla Ukraynaya qəlyan üçün 80 kq-dan çox tənbəki gətirməyə cəhd göstərdiyini aşkarlayıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, ümumilikdə toplam çəkisi 81,5 kq olan 163 tütün bağlaması ələ keçirilib.

Azərbaycanlılar İstanbuldan Kiyevin "Borispol" hava limanı vasitəsilə Xarkova gedirmişlər.

İndi məhkəmə gömrük bəyannaməsində göstərilməyən malları Ukrayna ərazisinə keçirməyə cəhd göstərdiyinə görə azərbaycanlılar barəsində müvafiq qərar qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi