İstanbulda Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Hadisə
- 09 may, 2020
- 11:16
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü İstanbulda onun adını daşıyan parkda qeyd olunub.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri və dərnək rəhbərləri iştirak ediblər.
Mərasimdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, parkda ucaldılmış heykəlinin önünə əklillər və gül-çiçək dəstələri qoyulub.
Ziyarətçilər eyni zamanda parkın digər bir guşəsində yerləşən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət edib önünə çiçək dəstələri düzüblər.
Vüsalə Abbasova
Son xəbərlər
10:40
"Turan Tovuz" Premyer Liqada yubiley qoluna imza atıb
Futbol10:38
Ana Toni: Bakı İqlim Həftəsindən gözləntilər böyükdür
Xarici siyasət10:37
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Din10:34
Şərurda minik avtomobili yanıb
Hadisə10:34
Pərviz Şahbazov: "Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verəcək"
Energetika10:33
Azərbaycan Premyer Liqasının IV turunda son 21 mövsümün qol rekordu qeydə alınıb
Futbol10:31
Bəzi yerlərə leysan yağır, güclü külək əsir
Ekologiya10:30
Azərbaycan XİN Braziliyanı təbrik edib
Xarici siyasət10:29