İsmayıllıda yol qəzası baş verib, ölən var - FOTO - YENİLƏNİB

Hadisə
  • 09 avqust, 2019
  • 16:07
İsmayıllıda yol qəzası baş verib, ölən var - FOTO - YENİLƏNİB

İsmayıllı rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

Belə ki, Göyçayın Şahsoltanlı kənd sakini, 1958-ci il təvəllüdlü Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi VAZ markalı minik avtomobili ilə İsmayıllı rayonunun İvanovka kəndindən rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. A.Mahmudov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 18:48

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.