İsmayıllıda toyda atışma nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

İsmayıllıda toyda atışma nəticəsində bir nəfər ölüb - YENİLƏNİB İnsident zamanı 7 dəfə atəş açılıb
Hadisə
27 Avqust , 2017 10:46
İsmayıllıda toyda atışma nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

İsmayıllı. 27 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda toy mərasimində baş verən kütləvi dava zamanı öldürülən şəxsin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, bu, rayon sakini, 1982-ci il təvəllüdlü Elman Cəbrayılov olub.

Onun odlu silahdan açılan atəşlə öldürüldüyü deyilir. 

Faktla bğlı İsmayıllı rayon Prokurorluöunda cinayət işi başlanlıb.


***10:21

İsmayıllı. 27 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir.

Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.

Son xəbərlər

Orphus sistemi