İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb
Hadisə
- 28 yanvar, 2019
- 07:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı. 28 yanvar. REPORT.AZ/ İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb.
Bu barədə “Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təklüləli ov silahı tapılaraq götürülüb.
Son xəbərlər
12:21
Sabah Bakıya və rayonlara yağış yağacaq
Ekologiya
12:20
Georgi Mamardaşvili "Liverpul"dan ayrıla bilər
Futbol
12:20
Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək
ASK
12:15
"Meqa Sığorta"nın xalis mənfəəti 8 %-ə yaxın azalıb
Maliyyə
12:01
SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək
Energetika
11:57
Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin Aİ və ABŞ nümayəndələri ilə görüşü başlayıb
Digər ölkələr
11:55
Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib
Hadisə
11:49
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Xarici siyasət
11:47
"Azsığorta"nın xalis mənfəəti 63 %-dən çox azalıb
Maliyyə