İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb - YENİLƏNİB

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb - YENİLƏNİB İsmayıllı. 15 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.
Hadisə
15 Fevral , 2019 19:05
İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb - YENİLƏNİB

İsmayıllı. 15 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.


*** 17:56

İsmayıllı. 15 fevral. REPORT.AZ/ İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsamyıllı rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi