İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti əsasında məhkəmə başlayıb

İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi apelin 25-nə təyin edilib
Hadisə
21 Aprel , 2017 10:14
İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi apelin 25-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, R.Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Xanmurafov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi