İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının cəzası artırılıb

İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının cəzası artırılıb Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
19 Yanvar , 2017 16:56
İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının cəzası artırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti qismən təmin edilib, təqsirləndirilən şəxslərin isə apellyasiya şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin E.İsmayılov barəsində çıxardığı hökm qüvvədə saxlanılıb, M.Abdullayev barəsində isə çıxardığı hökm dəyişdirilib.

Belə ki, M.Abdullayevin 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 14 ilədək artırılıb.

İttiham aktına əsasən, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.İsmayılov 15 il və M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı iəs apellyasiya protesti veriblər.

Son xəbərlər

Orphus sistemi