Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un məlumatına görə, hakim Azad Məcidov iş üzrə adı keçən Eldəniz Axundovun maliyyə işlərini aparan Səməd Abbasovun prosesdə dindirilmək üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.
Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur. O, A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.
Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.
A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.