İrandan gələn ölkə vətəndaşından külli miqdarda heroin və metamfetamin götürülüb - VİDEO

İrandan gələn ölkə vətəndaşından külli miqdarda heroin və metamfetamin götürülüb - VİDEO Bakı. 29 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn ölkə vətəndaşı saxlanılıb.
Hadisə
29 Mart , 2018 09:55
İrandan gələn ölkə vətəndaşından külli miqdarda heroin və metamfetamin götürülüb - VİDEO
Customs.gov.az

Bakı. 29 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn ölkə vətəndaşı saxlanılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, Qabil İbrahim oğlu İsayevin idarə etdiyi "Opel Omega" markalı, 90-HG-335 dövlət nömrə nişanlı həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobilin arxa sağ və sol təkərlərinin saxlanması üçün nəzərdə tutulan dayaqların metal boşluqlarında 22 ədəd bağlamada, xalis çəkisi 2275 qram olan narkotik vasitə - heroin, 7 ədəd bağlamada isə xalis çəkisi 410 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi