İrandan Azərbaycana psixotrop və güclü təsir edən maddələrin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop və güclü təsir edən maddələrin keçirilməsinin qarşısı alınıb Bakı. 6 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
6 Aprel , 2018 10:20
İrandan Azərbaycana psixotrop və güclü təsir edən maddələrin keçirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 6 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd kapsul şəklində isə preqabalin adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, klonazepam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Aşkar edilən 5 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram, 96 ədəd həbdə və 29 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı isə 18,3 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi