“İnterpol” xətti ilə 13 il axtarışda olmuş azərbaycanlının cinayət işi məhkəməyə göndərilib

“İnterpol” xətti ilə 13 il axtarışda olmuş azərbaycanlının cinayət işi məhkəməyə göndərilib İş hakim Eldar Mikayılovun icraatına verilib
Hadisə
2 Noyabr , 2016 16:09
“İnterpol” xətti ilə 13 il axtarışda olmuş azərbaycanlının cinayət işi məhkəməyə göndərilib

Bakı. 2 noyabr. REPORT.AZ/ “İnterpol” xətti ilə 13 il axtarışda olduqdan sonra Rusiyada tutulub Azərbaycana ekstradisiya edilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, 1964-cü il təvəllüdlü Akif Mövlud oğlu Əmiraslanovun cinayət işi üzrə aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi