“İnstagram”da qadının adına saxta profil açaraq hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

“İnstagram”da qadının adına saxta profil açaraq hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb Bakı. 14 dekabr. REPORT.AZ/ Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Hadisə
14 Dekabr , 2018 11:40
“İnstagram”da qadının adına saxta profil açaraq hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi