İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər yaralanıb

İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər yaralanıb Qroznı-Vladikavkaz marşrut ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus Nazran yaxınlığında aşıb
Hadisə
11 Dekabr , 2017 11:44
İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər yaralanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ İnquşetiyada azərbaycanlıları daşıyan mikroavtobus dünən gecə qəzaya uğrayaraq aşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin (CRM) mətbuat xidmətindən verilən məlumata görə, Qroznı-Vladikavkaz marşrut ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus Nazran yaxınlığında aşıb. Qəza zamanı avtobusda 7 nəfər - sürücü və sərnişinlər olub. Xəstəxanaya çatdırılanların vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

CRM avtobusun bütün sərnişinlərinin azərbaycanlı olub-olmadığını, yaralananlar arasında başqa ölkə vətəndaşlarının olub-olmadığın müəyyənləşdirə bilməyib.

Son xəbərlər

Orphus sistemi