Yuxarı

İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb

​İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Sarxanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

İmişli sakini -1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi