İmişlidə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
- 17 dekabr, 2019
- 11:47
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobildə 2 bacı - Xocavənd rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Kəmalə Vaqif qızı Zamanova və 1976-cı il təvəllüdlü Aynur Vaqif qızı Cəfərova xəsarət alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 15:01
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlimatına görə hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun rayonun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 99-DL-778 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn 90-KL-860 dövlət nömrə nişanlı KİA markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxənasına yerləşdirilib.
Fakt araşdırılır.