İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 Mart , 2019 07:39
İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Murğuzallı kəndi ərazisində “Mercedes” və “UAZ” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayon sakinləri - 1985-ci il təvəllüdlü Hüseynov Nadir Famil oğlu və 1988-ci il təvəllüdlü Mürsəlov Xəzər İslam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi